Toydan qayıdan avtomobil qəza törətdi - XƏSARƏT ALANLAR VAR
Bakının Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi baş verib, iki nəfər xəsarət alıb.
APA Tv xəbər verir ki, Məmmədov Ramiz Mansur oğlu idarə etdiyi "VAZ 2107" markalı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydasını pozub və avtomobili "Mercedes" markalı digər nəqliyyat vasitəsinə çırpılıb. "Jiquli" daha sonra aşıb.
Nəticədə "VAZ 2107"-də olan sərnişin - körpə uşaq və orta yaşlı kişi xəsarət alıb.
Hadisə yerinə Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib, araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanladı
Edilən ƏN BÖYÜK SƏHV! — Günvurma zamanı nə etməliyik?
Bakıda Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib