Bakıda intihara cəhd edən qadın xilas edildi
Bakıda intihara cəhd edən qadın xilas edilib.
APA TV-nin xəbərinə görə, hadisə Nərimanov rayonu, Həsən Əliyev küçəsində qeydə alınıb.
Naməlum qadın tunelə çıxaraq, özünü atmaqla intihar edəcəyini bildirib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.
Fövqəladə Hallar Nazirliyinin yaydığı xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfərin intihara cəhd etməsi barədə məlumat daxil olub. Metronun “Gənclik” stansiyası yaxınlığındakı körpünün üstünə çıxaraq intihar edəcəyini deyən şəxsin cəhdinin qarşısını polis alıb.
DİGƏR XƏBƏRLƏR
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi