Bank Of Baku

Bakıda istixanada narkotik əkən şəxs tutuldu

# 18:33
31 iyul 2020

Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının “Xaş-Xaş 2020” tədbirlər planına əsasən keçirdikləri əməliyyat nəticəsində Türkan qəsəbə sakini Yavər Ağayev saxlanılıb.

 

DİN mətbuat xidmətindən APA TV-yə daxil olan xəbərə görə, ona məxsus evin həyətyanı sahəsindəki istixanadan 725 ədəd çətənə kolu, yaşadığı evdən isə 8 kisə qurudulmuş marixuana aşkar olunaraq götürülüb. Yavər Ağayev ifadəsində narkotik tərkibli bitkiləri əkdiyini və xüsusi qulluq etdiyini etiraf edib.

 

Faktla bağlı cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR