Bakıda karantini pozan bərbər salonu aşkar edildi
Səbail rayonunda xüsusi karantin qaydalarına zidd olaraq fəaliyyət göstərən bərbər salonu aşkar edilib.
DİN mətbuat xidmətindən APA TV-yə verilən xəbərə görə, Polis İdarəsinin 8-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbir zamanı 20-ci sahə adlanan ərazidə Əmrah Əhmədova məxsus kişi salonunun qanunsuz olaraq karantin dövründə işlədiyi məlum olub. Obyektə baxış zamanı sahibi və 1 nəfər müştəri aşkar olunaraq Polis Bölməsinə gətirilib.
Qeyd edək ki, xüsusi karantin qaydalarını pozan obyekt sahibi və müştərilər inzibati qaydada cəzalandırılıblar.
DİGƏR XƏBƏRLƏR
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi