Bakıda koronavirus xəstəsi küçədə aşkarlandı
Bakıda yaşayış yerini tərk edən aktiv koronavirus xəstəsinə cinayət işi başlanılıb.
Daxili İşlər Nazirliyindən APA TV-yə verilən xəbərə görə, Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən xüsusi karantin rejimi ilə əlaqədar həyata keçirilən nəzarət tədbirləri zamanı ev şəraitində müalicəyə cəlb olunan paytaxt sakini Şahbaz Eyvazovun yaşayış yerini tərk edərək digər şəxslərin sağlamlığı üçün real təhlükə yaratdığı məlum olub.
Polislər onu Nəsimi rayonu ərazisində saxlayaraq yaşadığı ünvana geri qaytarılıblar.
Şahbaz Eyvazov barəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu