Bakıda kürəkən özündən 9 yaş böyük qayınatasını öldürüb
Bakıda kürəkən qayınatasını qətlə yetirib.
APA TV xəbər verir ki, hadisə Sabunçu rayonu Ramanı qəsəbəsi "Şuşa şəhərciyi"ndə qeydə alınıb.
35 yaşlı Taleh Heydərov qayınatası, 44 yaşlı Qabil Qənbərovu bıçaq zərbələri ilə qətlə yetirib.
Taleh Heydərov hadisə yerindən qaçıb. Hazırda onun tutularaq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu