Bakıda kuryerlərin mopedləri oğurlandı
Bakıda kuryerlərin mopedləri oğurlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə paytaxtın Suraxanı rayonunda baş verib.
Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində moped oğurluğu ilə məşğul olan paytaxt ərazisində yaşayan Əli Abbasov saxlanılıb.
Araşdırma zamanı müəyyən edilib ki, Ə.Abbasov Qaraçuxur qəsəbəsində kuryer fəaliyyəti ilə məşğul olan şəxslərin istifadəsində olan mopedləri sutkanın qaranlıq saatlarında oğurlayaraq müxtəlif ünvanlara pul müqabilində satıb. Onun Bakı şəhərinin digər ərazilərində də analoji cinayətlər törətmələri istisna edilmir.
Ə.Abbasov barəsində 32-ci Polis Bölməsində toplanmış materiallar Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.
DİGƏR XƏBƏRLƏR
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub