Bakıda loqopedik mərkəzdə DƏHŞƏT: Azyaşlıları saçından tutub... 

# 12:29
3 sentyabr 2022

Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzininin rəhbəri Kəmalə Ağazadə sosial şəbəkədə azyaşlı uşaqlara zor tətbiq edilməsi əks olunan dəhşətli kadlar paylaşıb.

 

APA TV Lent.az-a istinadən xəbər verir ki, videogörüntüdə Bakının Nizami rayonunda yerləşən "Mehnur" loqopedik və psixoloji reabilitasiya mərkəzində uşaqlara işgəncə verildiyi iddia edilib. 

 

Sözügedən videonu sosial şəbəkələrdə adının çəkilməsini istəməyən şəxs paylaşıb. Videoçarxda açıq görünür ki, tərbiyəçilər uşaqları saçlarından tutaraq dartır, döyür, təhqir edir, incidirlər.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev məsələnin araşdırıldığını bildirib.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR