Bakıda məktəblilər arasında kütləvi dava - GÖRÜNTÜLƏR

# 14:44
15 fevral 2022

Bakıda məktəblilər arasında kütləvi dava olub. Lent.az xəbər portalının məlumatına görə, davanın videosu sosial şəbəkələrdə yayılıb. İddialara görə, dava edənlər Bakı şəhərində yerləşən 116 saylı orta məktəbin şagirdləridir. İddialarla bağlı Təhsil Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bildirdi ki, məlum hadisə məktəbin ərazisində baş verməyib: “Yolun kənarında olan hadisədir, məktəbə heç bir aidiyyəti yoxdur. Burada davanın da kimin edəcəyi bəlli deyil”.

 

BŞTİ-dən də verilən məlumata görə 14 fevral tarixində Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən 116 nömrəli məktəbin iki nəfər X sinif şagirdi arasında dərsdən sonra mübahisə və münaqişə yaranıb. Bildirilib ki, münaqişə zamanı heç bir şagird xəsarət almayıb və hər iki şagird bu gün dərsdə iştirak ediblər. Məsələ ilə bağlı münaqişədə iştirak edən şagirdlərdən izahat alınıb və valideynləri məktəbə çağırılıb. Eyni zamanda məktəbə hüquq mühafizə orqanlarının da nümayəndələri dəvət olunub. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, yayılan görüntülərlə bağlı artıq araşdırmalara başlanıb.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR