Bakıda məşhur şadlıq evinin hasarı söküldü

# 16:14
20 iyun 2022

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti ölkədə yanğın təhlükəsizliyinin təmin olunması istiqamətində üzərinə düşən vəzifələrinin icrasını davam etdirir.

 

FHN-dən APA TV-yə verilən xəbərə görə, Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “Madonna” şadlıq sarayının bilavasitə ərazisində yüksək gərginlikli hava elektrik xəttinin dirəyinin hasara alınması barədə Dövlət Yanğın Nəzarəti Xidmətinə məlumat daxil olub.

 

Məlumatla əlaqədar Xidmətin mütəxəssisləri tərəfindən əraziyə baxış zamanı həqiqətən də göstərilən ünvanda yerləşən yüksək gərginlikli hava elektrik xəttinin dirəyinin “Madonna” şadlıq sarayı tərəfindən hasarlanaraq sarayın həyətinə daxil edilməsi, bununla da yanğın təhlükəsizliyi sahəsində ciddi qayda pozuntusunun mövcudluğu öz təsdiqini tapıb.

 

Qeyd olunanları nəzərə alaraq, Xidmət tərəfindən dərhal aidiyyəti üzrə məsələ qaldırılaraq hasarın sökülüb təhlükənin aradan qaldırılması təmin olunub.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR