Bakıda minik avtomobili yük maşını ilə toqquşub
Bakının Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.
APA TV xəbər verir ki, hadisə Bakı-Sumqayıt şosesində qeydə alınıb.
Bakı Beynəlxalq Avtovağzalının yaxınlığında hərəkətdə olan "Mercedes" markalı minik maşını yol kənarında dayanan "Foton" markalı avtomobilə çırpılıb. Nəticədə minik avtomobilində bir nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
“Onların da yanına getməliyəm, qorxurlar” – Bu gün “Xanı”nın ANIM GÜNÜDÜR
“O vaxt 9 yaşım vardı, bu gün 44 yaşımda nəvəmlə gəlmişəm bura”
“Əvvəl uşaqlar hər işi bacarırdı...” – Məktəbdə praktiki dərslər hara getdi?