Bakıda motosiklet avtomobilə çırpılıb, xəsarət alan var
Bakının Nərimanov rayonunda motosiklet avtomobilə çırpılıb.
APA TV xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində qəza baş verib.
Motosikleti idarə edən şəxs Üzeyir Cavadovun idarəetməsində olan "Saipa" markalı nəqliyyat vasitəsinə çırpılıb. Motosikleti idarə edən şəxs xəstəxanaya çatdırılıb.
Əraziyə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.
Ü.Cavadov APA TV-yə bildirib ki, ona məxsus avtomobil nazas olduğundan xəbardarlıq işığını yandıraraq yol kənarında saxlayıb. Əyləcində problem olan motosiklet isə avtomobilə çırpılıb.
Hadisənin qeydə alındığı tuneldə metronun "Koroğlu" stansiyası istiqamətində sıxlıq yaranıb.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu