Bakıda "moyka" işçisi maşını oğurladı
Bakıda maşın avtoyuma məntəqəsindən oğurlanıb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, dekabrın 1-də saat 10 radələrində Nərimanov rayonu ərazisində yerləşən avtoyuma məntəqələrinin birindən “Hyundai” markalı avtomobilin qaçırılması barədə 18-ci Polis Şöbəsinə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəi bilinən avtoyuma məntəqəsində işləyən Bakı şəhər sakini Məmmədquliyev Yasamal rayonu ərazisində avtomobillə saxlanılıb. Nərimanov rayon Polis İdarəsində araşdırma aparılır
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu