Bakıda narkotik satan şəxs tutuldu
Bakıda kokain və ekstazi həblərinin satışı ilə məşğul olan şəxs saxlanılıb.
DİN mətbuat xidmətindən APA TV-yə verilən xəbərə görə, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində istintaqdan yayındığı üçün axtarışda olan Bərdə rayon sakini Nicat Əliyev tutulub.
Onun üzərinə baxış keçirilən zamanı Nicat Əliyevdən ümumi çəkisi 47,102 qram kokain, 247,540 qram metamfetamin, 66 qram ekstazi həbləri və 17 qrama yaxın qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Nicat Əliyev ifadəsində xarici ölkələrdən birinin şəxsiyyəti məlum olmayan vətəndaşı ilə sosial şəbəkələrdə tanış olduğunu və onun ölkəmizə göndərdiyi narkotik vasitələri satmaq məqsədi ilə əldə etdiyini etiraf edib.
Faktla bağlı cinayət işi başlanılıb.
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri