Bakıda növbəti “Bizim həyət” istifadəyə verilib

# 16:46
20 may 2021

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Bizim həyət" layihəsi çərçivəsində növbəti abadlaşdırılmış həyət sakinlərin istifadəsinə verilib.

 

APA TV xəbər verir ki, yenilənmiş həyət Nərimanov rayonu, Aşıq Alı, İzzəddin Həsənoğlu və Fətəli Xan Xoyski küçələrində 1100 nəfər sakinin yaşadığı binaları əhatə edir.

 

Abadlaşdırılan növbəti həyətdə əlil və sağlamlıq imkanları məhdud olan insanların rahat hərəkəti nəzərə alınıb, müxtəlif idman qurğuları, futbol və  şahmat meydançaları, uşaqlar üçün oyun meydançaları salınıb. Yeni həyətin ərazisində 4 ədəd söhbətgah inşa edilib, yeni oturacaqlar, tullantılar üçün qutular quraşdırılıb.

 

Bundan başqa, həyətdə yeni işıqlandırma dirəkləri, təhlükəsizlik kameraları, yanğın hidrantları quraşdırılıb, binaların fasadları, dam örtükləri və giriş hissələri tam təmir olunub, bloklara elektromaqnit kartla giriş sistemi tətbiq edilib. Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq 35 ədəd ağac əkilib və 1500 kv.metr ərazidə yaşıllıq zolağı salınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR