Bakıda Novruz şənliklərinin keçiriləcəyi yerlər AÇIQLANDI
Martın 19-u, 20-si və 21-i Bakıda Novruz bayramı tədbirləri keçiriləcək.
Bakı Şəhər İcra Hakimiyyətindən Lent.az-a verilən məlumata görə, sabah Nizami rayonunda konsert təşkil olunacaq
Paytaxtda kütləvi tədbirlər Dəniz kənarı Milli Parkda, İçəri şəhərdə və Fəvvarələr meydanında baş tutacaq.
Sabah 19:00-dan isə Nizami rayonu, Heydər Əliyev parkında konsert olacaq.
Qeyd edək ki, bundan başqa sabah İçəri şəhərdə 17.00-da canlı musiqilər, alov şousu ilə bayram tədbiri başlayacaq. Saat 19:30-da isə bayram tonqalı qalanacaq. Daha sonra bayram şənliyi yallı rəqsi, canlı musiqi nömrələri ilə davam edəcək.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu