Bakıda olay: Əvvəlcə yandı, sonra partladı – APA TV
Bakıda avtomobil yanıb. Hadisə paytaxtın Nizami rayonunda, Mikayıl Əliyev küçəsində qeydə alınıb. “Audi Q7” markalı nəqliyyat vasitəsində qəfil alışma baş verib.
Sürücü dərhal avtomobili tərk edib. Bir müddət sonra ərazidə partlayış baş verib. Xoşbəxtlikdən xəsarət alan olmayıb. Hadisə yerinə polis və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunublar. Alov ram edilib.
Tamamilə yararsız hala düşən nəqliyyat vasitəsi ərazidən uzaqlaşdırılıb.
Hadisənin baş vermə səbəbləri araşdırılır.
DİGƏR XƏBƏRLƏR
Diplomatlar Xankəndiyə səfər etdi- şəhərdə görülən işlərlə tanış oldular
Diplomatik korpus Qarabağ və Şərqi Zəngəzura səfər edib
Prezident kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib