Bakıda orta məktəbdə yanğın

# 22:48
28 iyun 2022

Bakının Sabunçu rayonu, Sabunçu qəsəbəsində orta məktəb binasında yanğın baş verib.

 

APA TV-nin xəbərinə görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

 

Müşahidə olunan güclü küləyə, habelə məktəbin mərtəbələrarası örtüyünün bəzi yerlərdə taxta konstruksiyalardan ibarət olmasına baxmayaraq, yanğınsöndürənlər tərəfindən görülmüş təcili və təxirəsalınmaz tədbirlər sayəsində yanğının daha geniş əraziyə yayılmasına imkan verilməyib.

 

Yanğın nəticəsində ümumilikdə təxminən 1100 kvadratmetr sahəsi olan dam örtüyünün 700 kvadratmetr hissəsi və 2 sinif otağı yanıb, digər sinif otaqları və dam örtüyünün qalan hissəsi yanğından mühafizə olunub.

 

Hadisə zamanı xoşbəxtlikdən xəsarət alan olmayıb. Yanğının nədən baş verməsi aparılan araşdırmalardan sonra məlum olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR