Bakıda piyadanı 3 avtomobil vuraraq öldürüb

# 07:23
5 oktyabr 2022

Bakının Nizami rayonunda ağır yol qəzası baş verib. APA xəbər verir ki, hadisə Mikayıl Əliyev küçəsində baş verib. Belə ki, yaxınlıqda avtomobil təmiri sexində çalışan şəxs piyada üçün müəyyən edilməyən yoldan keçərkən onu əvvəlcə əks yoldan keçən “Hyundai” markalı avtomobil vurub. Zərbənin təsirindən piyada Orxan Əliyevin idarə etdiyi “Toyota”-ya çırpılıb. Zərbədən piyada yerə uzanıb bu zaman eyni istiqamətdə hərəkətdə olan “Toyota” markalı digər maşın piyadanın üzərindən keçib. Zərbələrin təsirindən tanınmaz hala düşən piyadanın kimliyini müəyyənləşdirmək mümkün olmayıb. Hadisə yerinə Nizami Rayon Polis İdarəsinin və Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları cəlb edilib. Piyadanın meyiti məhkəmə tibbi ekspertiza və Pataloji Anatomiya Birliyinin şöbəsinə aparılıb. Hazırda piyadanı birinci vuran avtomobilin axtarışı aparılır. Faktla bağlı avtotexniki ekspertiza aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR