Bakıda pizza şirkətlərindən birinin əməkdaşına qarşı quldurluq edildi
Bakıda pizza şirkətlərindən birinin əməkdaşına qarşı quldurluq edilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA TV-yə verilən xəbərə görə, Nizami rayonunda quldurluq hadisəsi baş verib. Bakı şəhər sakini pizza sifarişlərinin ünvanlara çatdırılması ilə məşğul olan şirkətlərdən birinin əməkdaşı DİN-in “102” Xidməti Zəng Mərkəzi Sistemi ilə əlaqə saxlayaraq müştərilərdən birinin əlindəki bıçaqla onun həyat və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi ilə hədələyib cibindən 500 manat pulu götürərək quldurluq etdiyini bildirib. Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən “isti” izlərlə həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən Əli Əliyev saxlanılıb.
Əli Əliyev barəsində cinayət işi başlanılıb, istintaq və əməliyyat tədbirləri davam etdirilir.
DİGƏR XƏBƏRLƏR
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
Prezident: Avropa Şurasını tərk etməyi ciddi şəkildə müzakirə etmişik