Bakıda polisə məxsus xidməti avtomobil qəzaya uğrayıb
Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
APA TV xəbər verir ki, hadisə Mirzəağa Əliyev küçəsində qeydə alınıb.
Yüksək sürətlə hərəkət etdiyi deyilən "Kia" markalı avtomobilin sürücüsü sükana nəzarəti itirib. İdarəetmədən çıxan "Kia" Nəsimi Rayon Polis İdarəsinin Post Patrul Xidmətinə məxsus "FIAT" markalı avtomobilə çırpılıb. Qəza nəticəsində "Kia"da olan bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Əraziyə hüquq-mühafizə orqanı əməkdaşları cəlb edilib.
Araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev Estoniyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
Əfv olunanlar arasında Martin Ryan da var
Xankəndi, Xocalı və Ağdərəyə NÖVBƏTİ KÖÇ BAŞ TUTDU