Bakıda polisin təqib etdiyi avtomobil aşdı
Bakıda yol polisi tərəfindən təqib edilən avtomobilin qəzaya düşməsini əks etdirən görüntülər yayılıb.
“Qafqazinfo” xəbər verir ki, görüntülərdən hadisənin Qaradağ rayonunda, Bakı-Ələt yolunun Sahil qəsəbəsi yaxınlığından keçən hissəsində baş verdiyi məlum olub.
“VAZ” markalı avtomobilin sürücüsü yol polisinin “saxla” əmrinə tabe olmayaraq hərəkətə davam edib və maşını yaxınlıqdakı yanacaqdoldurma məntəqəsinə sürüb. Bu zaman məntəqə əməkdaşlarından avtomobilini gizlətməsini xahiş edən sürücü DYP maşınının yaxınlaşdığını görərək yenidən sürətlə sürərək uzaqlaşmağa başlayıb. Yağışlı havada təhlükəli manevrlər edən sürücü təxminən 1 dəqiqə sonra isə avtomobili aşırıb. Hadisə avtomobilin video-qeydiyyat cihazı tərəfindən anbaan lentə alınıb.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib