Bakıda qan donduran olay: Müəllimin evini yandırıb, özünü qətlə yetirdilər

# 13:02
27 may 2022

Ötən gün Bakının Qaradağ rayonu Yunis Mirzəyev 4 ünvaında yerləşən 5 mərtəbəli yaşayış binasında baş verən yanğın zamanı orta məktəb müəlliminin yanaraq ölməsi barədə məlumat vermişdik.

 

Araşdırmalar zamanı məlum olub ki, 1961-ci il təvəllüdlü Xuraman Həsənovanın meyitinin üzərində xəsarət izləri var.

 

Baş Prokurorluqdan APA TV-yə verilən məlumata görə, üzərində zorakılıq əlamətləri aşkar edilən Xuraman Həsənovanın qətlə yetirildiyi, bundan sonra isə evinin yandırıldığı ehtimal edilir.

 

Hadisənin hansı zəmində və kimlər tərəfindən törədildiyi hələlik məlum deyil. Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Xatırladaq  ki, mayın 26-da paytaxtın Qaradağ rayonunda beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 72 m² olan 3 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 12 m² sahədə və 2-ci mərtəbəsində ümumi sahəsi 72 m² olan 3 otaqlı mənzilin 1 otağının tavanı 4 m² sahədə yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1961-ci il təvəllüdlü Həsənova Xuraman Feyzulla qızının meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Onu da deyək ki, mərhum Xuraman Həsənova Qaradağ rayonunda yerləşən 139 saylı orta məktəbin ibtidai sinif müəlliməsi idi.

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR