Bakıda qazın təziqi niyə düşüb?

# 15:40
27 oktyabr 2023

“Azəriqaz” İstehsalat Birliyidə növbəti “Açıq qapı” aksiyası keçirilib. Qurumun Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov bildirib ki, cari ilin sonunadək 150-dək yaşayış məntəqəsi və yeni yaşayış massivinin qazlaşdırılması nəzərdə tutulub. Artıq 110 ərazidə qazlaşdırılma işləri başa çatıb və ya tamamlanmaq üzrədir. Onun sözlərinə görə, digər 40 məntəqənin qazlaşdırılması işlərinə noyabr ayında başlanması gözlənilir: Qazlaşacaq bu kənd və yaşayış massivlərində işlərin tamamlanması gələn ilin birinci rübündə nəzərdə tutulub Qurumun ictimaiyyətlə əlaqəlar şöbəsinin rəisi Eldəniz Vəliyev isə bildirdi ki, 104 çağrı mərkəzinə gələn şikayətlərin əksəriyyəti qazların zəif gəlməsi ilə bağlıdır. Şöbə rəisi qeyd etdi ki, qazın təziqi ilə bağlı olan bütün problemlər yaxın günlərdə həll ediləcək.

 SÜNBÜL HÜSEYNOVA ELVİN MURADOV APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR