Bakıda qəza zamanı çəkiliş aparan jurnalistlərə hücum edilib
Bakının Binəqədi rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.
APA xəbər verir ki, hadisə DSX yolunda qeydə alınıb.
Belə ki, “Daewoo” markalı minik avtomobilinin sürücüsü geriyə dönmək istəyərkən “Niva” markalı maşın “Daewoo”-ya çırpılıb. Qəza nəticəsində “Daewoo”-da olan bir nəfər xəsarət alıb. Qəzanı işıqlandıran jurnalistlər hadisə şahidləri və avtomobil sürücüləri tərəfindən təzyiqlə üzləşib. Həmin şəxslər operator və jurnalistlərin ünvanın təhqiramiz ifadələr işlədərək onları vurmağa başlayıb. Jurnalistlər polisə məlumat verdikdən sonra edilən təzyiqlərdən zorla yaxa qurtarıb.
DİGƏR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı