Bakıda “Range Rover” 5 avtomobilə çırpılıb, xəsarət alan var
Bakının Səbail rayonunda 6 avtomobilin toqquşması zamanı bir nəfər xəsarət alıb.
APA TV xəbər verir ki, hadisə Murtiza Muxtarov və Əhməd Cavad küçələrinin kəsişməsində qeydə alınıb.
Elvin İsmayılov idarəetməsində olan “Range Rover” markalı avtomobillə yol nişanının tələbinə əməl etməyərək Rauf Məmmədova məxsus “Toyoto” markalı nəqliyyat vasitəsinə çırpılıb.
“Toyoto” yol kənarında dayanan “Mitsibushi”, 2 “Hyundai” və “Porche” markalı nəqliyyat vasitələrinə çırpılıb. “Toyoto” markalı avtomobilin sürücüsü Rauf Məmmədov ağır bədən xəsarətləri alıb.
Ümumilikdə 6 avtomobilə ciddi ziyan dəyib.
DİGƏR XƏBƏRLƏR
Xankəndi, Xocalı və Ağdərəyə NÖVBƏTİ KÖÇ BAŞ TUTDU
Qarabağdakı abidələr hansı tarixi həqiqətləri yaşadır?
Böyük Qayıdışın növbəti mərhələsi: Daha 284 sakin yurda döndü