Bakıda reaktiv qumbaralar tapıldı - ŞOK GÖRÜNTÜLƏR
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu ərazisində hərbi sursatların aşkar edilməsi barədə məlumat daxil olub.
FHN-dən APA TV-yə verilən xəbərə görə, hadisə yerinə dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin minalardan təmizləmə üzrə çevik qrupu cəlb edilib. Mütəxəssislər tərəfindən hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı 2 ədəd 125 mm-lik BK-14M mərmisi, 2 ədəd 125 mm-lik OF-26 mərmisi, 1 ədəd PQ-9 reaktiv qumbara, 3 ədəd OQ-9, 1 ədəd OQ-7V və təlim-atış məqsədli 9 ədəd PQ-9 reaktiv qumbaralarının fraqmentləri, 33 ədəd PQ-7 VM və OQ-9 qumbaralarının hissələri olduğu müəyyən edilib.
Sursatlar zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi