Bakıda şagirditəkləyib DÖYDÜLƏR

# 18:27
21 yanvar 2023

Bakıda məktəbli döyülüb.

 

Bu barədə Lent.az-a şagirdin valideyni məlumat verib. Onun sözlərinə görə, hadisə yanvarın 18-də Xətai rayonunda yerləşən 27 saylı orta məktəbdə qeydə alınıb:

 

"Bir neçə gün əvvəl övladım Rəvan Eyvazlı ilə digər bir şagird arasında mübahisə yaranıb və dalaşıblar. Daha sonra məktəbin müəllimləri onları barışdırmaq istəsə də,qarşı tərəf Hüseyn adlı uşaq oğlumu vurub öldürməklə hədələyib. Dəfələrlə məktəbə gedib bundan narahat olduğumu bildirdim, hər şey qaydasındadır deyib məni yola saldılar. Yanvarın 18-də oğlum əsas korpusdan çıxıb növbəti dərs üçün arxa korpusa keçərkən Hüseyn, böyük qardaşı, qohumu, cangüdəni və sürücüsü kameraların önündə onu döyüblər. Görüntülər məktəb rəhbərliyində olsa belə mənə vermirlər".

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a məsələ ilə bağlı xəbərdar olduqları bildirilib. Nazirlikdən verilən məlumata görə, hazırda faktla əlaqədar araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR