Bakıda sərnişin avtobusu qəzaya uğrayıb
Bakının Binəqədi rayonunda dayanacaqda dayanan avtobusa minik avtomobili çırpılıb. APA xəbər verir ki, hadisə Biləcəri qəsəbəsində qeydə alınıb. Belə ki, Yəhya Hüseynov küçəsində 83 nömrəli marşut xətri üzrə hərəkət edən sərnişin avtobusunun sürücüsü sərnişinlərin enməsi üçün dayanacaqda saxlayıb. Bu zaman “Toyota Prius” markalı minik maşınının sürücüsü yüksək sürərlə nəqliyyat vasitəsini avtobusa çırpıb. Hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib. “Toyota Pius”-un sürücüsü xəsarət alıb. Əraziyə Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.
DİGƏR XƏBƏRLƏR
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib