Bakıda sərnişin avtobusu qəzaya uğrayıb, xəsarət alan var
Bakının Nərimanov rayonunda yol-nəqliyyatı hadisəsi baş verib.
APA TV xəbər verir ki, hadisə Koroğlu Rəhimov küçəsində qeydə alınıb.
“Bakubus” MMC-yə məxsus 13 nömrəli marşut avtobusu dayanacaqda dayanıb. Bu zaman yüksək sürətlə hərəkətdə olan “Hyundai” markalı avtomobil sərnişin avtobusuna çırpılıb. Qəza nəticəsində minik avtomobilinin sürücüsü ağır bədən xəsarəti alıb.
Hadisə yerinə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu