Bakıda silahlı şəxs tutuldu
Bakı sakinindən odlu silah götürülüb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Suraxanı rayon Polis İdarəsinin 30-cü Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında keçirdikləri tədbir nəticəsində üzərində qanunsuz olaraq odlu silah saxlayan şəxs tutulub. Tədbir zamanı əvvəllər məhkum olunmuş, Hövsan qəsəbəsində yaşayan Tərlan Məmmədov saxlanılaraq Polis Şöbəsinə gətirilib.
Onun üzərindən 1 ədəd kustar üsulla hazırlanmış atəşə yararlı “Retay F-29” markalı tapança aşkar olunaraq götürülüb. Tərlan Məmmədov odlu silahı bir neçə ay əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək özündə saxladığını bildirib.
Faktla bağlı 30-cü Polis Şöbəsində toplanan materiallar Suraxanı rayon Polis İdarəsinə göndərilib, arşadırmalar davam etdirilir.
DİGƏR XƏBƏRLƏR
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib