Bakıda şirkət qazıntı işi apardı, bükülmüş qadın meyiti tapıldı
Bakıda qazıntı zamanı qadın meyiti aşkar edilib.
Bu barədə “Qafqazinfo” məlumat yayıb. Bildirilir ki, hadisə Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən və “Azbadam” şirkətinə məxsus badam bağında qeydə alınıb. Ərazidə traktorla qazıntı işi aparılarkən torpağa basdırılmış və sellofana bükülmüş şəkildə olan qadın meyiti aşkar edilib.
İlkin baxış zamanı meyit üzərində hər hansı xəsarət aşkar edilməyib.
Meyitin kimə məxsus olması, kim tərəfindən orada basdırılması, hansı şəraitdə ölməsi və ya öldürülməsi məlum deyil.
Faktla bağlı araşdırmalar aparılır.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu