Bakıda Təhsilin İnkişafı Forumu təşkil olunub
“Gülüstan sarayı”nda Elm və Təhsil Nazirliyi, Təhsilin İnkişafı Fondunun təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Təhsilin İnkişafı Forumu keçirilib. “Təhsildən tərəqqiyə” devizi ilə təşkil olunan forumda "İnnovasiya ekosisteminin yaradılması", "Universitet – sənaye tərəfdaşlığı", "Gələcək üçün təhsil" mövzularında panellər təşkil edilib. Panellərdə təhsil və iqtisadiyyatın inteqrasiyası, təhsil və əmək bazarı, sənaye ilə tərəfdaşlıq strategiyası, ekosistemin inkişafında bankların rolu, tədqiqat və inkişaf ekosistemi, süni intellekt və təhsil mövzularından bəhs olunub. Forum panel müzakirələri və iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə davam edib.
ORXAN ASLAN
ZİYA ALLAHYAROV
APA TV
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu