Bakıda tuneldə üç avtomobil toqquşub – XƏSARƏT ALANLAR VAR
Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
APA Tv xəbər verir ki, hadisə Həsən Əliyev küçəsindəki yolötürücü tuneldə qeydə alınıb.
"DongFeng" markalı nəqliyyat vasitəsinin sürücüsü əks yola çıxdığından onun avtomobili əvvəlcə "Mercedes", daha sonra "Kia" markalı avtomobillərə çırpılıb. Qəza nəticəsində 3 nəfər xəsarət alıb.
Hadisə yerinə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanladı
Edilən ƏN BÖYÜK SƏHV! — Günvurma zamanı nə etməliyik?
Bakıda Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib