Bakıda türk bərbərləri döydülər
Bakı şəhər Nəsimi rayonu Nizami küçəsində yerləşən “Shaurma N-1” restoranında kütləvi dava olub.
Restoranda şəxsiyyəti məlum olmayan 3 nəfər şəxs xuliqanlıq zəminində oradakı Türkiyə vətəndaşlarını döyüb. Nəticədə Türkiyə vətəndaşı, 1992-ci il təvəllüdlü H. Ayyıldızı və 1996-cı ildə anadan olmuş Y. Kutlu xəsarətlər alıb.
Kütləvi dava zamanı döyülən türkiyəlilərin Bakıda bərbər kimi çalışdıqları bildirilib.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Qeyd edək ki, məlumatı Qafqazinfo.az yayıb.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib