Bakıda üç avtomobil toqquşub, sürücü ağır xəsarət alıb

# 04:58
12 avqust 2022

Bakının Binəqədi rayonunda yol qəzası baş verib. APA xəbər verir ki, hadisə Azadlıq prospektində dairədə qeydə alınıb. Belə ki, Əli Məmmədov idarə etdiyi “Opel” markalı avtomobillə dairəyə daxil olub. Həmin maşının sürücüsü ilə pareləl olaraq “Kia” markalı nəqliyyat vasitəsidə dairəyə daxil olub. Hər iki sürücü yol hərəkəti qaydalarını pozaraq işıqforun qırmızı işığından keçərək “Mercedes” markalı avtomobilə çırpılıb. Əraziyə Binəqədi Rayon Dövlət Yol Polis Şöbəsi və İdarənin əməkdaşları cəlb edilib. “Kia” markalı maşının sürücüsü ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Yol Patrul Xidmətinin əməkdaşları APA-ya bildirib ki, “Kia” və “Opel” markalı avtomobilıərin sürücüləri yol hərəkəti qaydalarını pozub. Qəzaya uğramış hər üç avtomobil cərimə meydançasına yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR