Bakıda üç avtomobil toqquşub, xəsarət alan var
Bakının Nəsimi rayonunda yol qəzası baş verib.
APA TV xəbər verir ki, hadisə Səməd Vurğun və İmran Qasımov küçələrinin kəsişməsində baş verib.
“Opel” markalı nəqliyyat vasitəsi Səməd Vurğun küçəsində qadağan olunmuş ərazidən geriyə dönüş edib.
Bu zaman eyni küçədə əks istiqamətdə hərəkətdə olan “Mercedes” markalı avtomobilə çırpılıb. Zərbənin gücündən “Mercedes” markalı nəqliyyat vasitəsi “Hyundai” markalı avtomobilə çırpılıb.
Qəza nəticəsində “Opel” markalı nəqliyyat vasitəsində bir nəfər xəsarət alıb.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu