Bakıda Ümumdünya Mülki Müdafiə Günü ilə bağlı konfrans keçirildi
Bakıda Ümumdünya Mülki Müdafiə Gününə həsr olunan “Risklərin qiymətləndirilməsində informasiya texnologiyalarının rolu” mövzusunda konfrans keçirilib.
Konfrans Fövqəladə Hallar, Elm və Təhsil nazirliklərinin təşkilatçılığı ilə baş tutub.
Tədbirin əvvəlində mülki müdafiə sahəsində Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti barədə video-çarx nümayiş olunub.
FHN-in Mülki müdafiə işinin təşkili Baş idarəsinin rəisi, general-mayor Niyazi Zamanov bildirdi ki, fövqəladə hal risklərinin qiymətləndirilməsi müasir dövrün aktual məsələlərindən biridir.
Onun sözlərinə görə, baş verə biləcək təbii və texnogen xarakterli fəlakətlərin əvvəlcədən proqnozlaşdırılması, fəlakətlərə cavab tədbirlərinin effektivliyini və səmərəliliyini təmin etmək üçün xüsusi informasiya texnologiyalarının və rabitənin rolu danılmazdır.
Sonda “1 mart - Ümumdünya Mülki Müdafiə Günü” münasibəti ilə, eləcə də təmsil olunduqları təşkilatlarda mülki müdafiə işinin təşkili sahəsində səmərəli fəaliyyətlərinə görə fərqlənən əməkdaşlar Fövqəladə Hallar Nazirliyi adından “Fəxri fərman”la təltif olunub.
DİGƏR XƏBƏRLƏR
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub