Bakıda yanğın - Hadisə yerindən dəhşətli görüntülər
Bugün saat 6 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektində yerləşən inşaat materialları bazarında yanğın hadisəsi baş verib. APA-nın ərazidəki müxbiri xəbər verir ki, hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar. Hazirda hadisə yerində FHN Dövlət Yanğından Mühafizə Xidmətinin ümumilikdə 20 ədəddən artıq xüsusi texnikası və 85 nəfərdən artıq canlı qüvvəsi işləyir. İlkin məlumata görə, inşaat materialları bazarında baş verən yanğın zamanı xəsarət alanlar, bir nəfər dünyasını dəyişib. Hava şəraitinin küləkli olması yanğının ərazisini daha da genişləndirib. Buna baxmayaraq Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində baş vermiş yanğın nəzarət altına alınıb. Qeyd edək ki, yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
ELŞƏN YƏHYAYEV HÜSEYN QURBANOV APA TV
DİGƏR XƏBƏRLƏR
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi