Bakıda yaşayış binasında yanğın baş verdi – APA TV

# 04:54
11 aprel 2024

Bakının Yasamal rayonunda yaşayış binasında yanğın olub. Hadisə Əsəd Əhmədov küçəsində yerləşən Şərur MTK-nın binasında qeydə alınıb. Əraziyə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və təcili tibbi yardım briqadası cəlb edilib. Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alov ram edilib.

Hadisə baş verərkən evdə heç kim olmayıb. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR