Bakıda yaşayış binasında yanğın baş verib
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, “112” qaynar telefon xəttinə Nərimanov rayonu, Faiq.Yusifov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumat daxil olduqdan dərhal sonra Nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının onaltımərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən mənzilin mətbəxində başladığı müəyən edilib. Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində ümumi sahəsi 57m² olan ikiotaqlı mənzilin mətbəxində paltaryuyan maşın və mətbəx mebeli qismən yanıb. Yanğının digər otaqlara keçməsinin qarşısı alınıb, mənzilin böyük hissəsi yanğından mühafizə olunub. Hadisə zamanı mənzildə olan bir nəfər şəxs xilasedicilər tərəfindən xilas edilərək ilkin yardım göstərilib və təcili tibbi yardım briqadasına təhvil verilib.
DİGƏR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib