Bakıda yeniyetmələr arasında DAVA - ÖLƏN VAR
İyulun 26-sı saat 18 radələrində Xətai rayonu, Nizami parkının ərazisində 2007-ci il təvəllüdlü şəxsin xəsarət alması və almış olduğu xəsarətlərdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Xətai rayon prokurorluğundan APA TV-yə verilən xəbərə görə, aparılan araşdırmalarla, zərərçəkmişin tanışı 2006-cı il təvəllüdlü şəxs aralarında yaranmış mübahisə zamanı yumruqla 2007-ci il təvəllüdlü şəxsin üz və baş nahiyəsinə xəsarətlər yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanıb.
Hadisəni törədən şəxs tutularaq istintaqa cəlb edilib.
İş üzrə istintaq davam edir.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu