Bakıda yol qəzası baş verib, xəsarət alanlar var
Bakının Nərimanov rayonunda yol qəzası baş verib, 2 nəfər xəsarət alıb.
APA TV xəbər verir ki, hadisə Elit ticarət mərkəzinin qarşısında qeydə alınıb.
“Seat” markalı avtomobil işıqforun yaşıl işığından keçərkən 1986-cı il təvəllüdlü Ağaquliyev Fuad Hüseyn oğlu idarə etdiyi mopedlə ona çırpılıb. Qəza nəticəsində mopedin sürücüsü F.Ağaquliyev və sərnişini 1979-cu il təvəllüdlü Həsənova Samirə Qınyaz qızı ağır bədən xəsarətləri alıb.
Nərimanov Rayon Polis İdarəsindən APA TV-yə verilən məlumata görə, mopedin sürücüsü işıqforun qırmızı işığından keçib.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi