Bakıdaköşkə BASQIN: bıçaqlayıb pulları apardı

# 14:48
30 dekabr 2022

Bakıda köşkə basqın edilib.

Bu barədə Lent.az saytı xəbər yayıb.

Məlumata görə, hadisə gecə saat 3 radələrində Yasamal rayonu Ş. Qurbanov küçəsində baş verib.

Naməlum şəxs köşkə daxil olaraq, satıcının üzünə yumruq vurub və ayağına 1 ədəd bıçaq xəsarəti yetirib. Daha sonra isə kassadan 1805 manat pul götürərək qaçıb.

Bu barədə satıcı S. Yəhyayev Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Şöbəsinə müraciətində bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR