Bakıdan gedib ucqar şimal kəndində kirayə qalır
Tural Salmanov Bakıdan gəlib Qubanın ucqar kəndlərindən olan Yenikənddə müəllim kimi fəaliyyət göstərir. O əslən Kəlbəcər rayonunun Qasımlar kəndindəndir. Ailəsi Birinci Qarabağ müharibəsində köçkün həyatı yaşamağa məcbur qalıb. Salmanovlar ailəsi ilk illər Xaçmazda məskunlaşıblar. Tural da 1994-cü ildə bu rayonunda anadan olub.
Daha sonra Turalın ailəsi Abşeron rayonun Pereküşkül qəsəbəsindəki hərbi şəhərciyə köçüb. Burada yerləşən məktəbdə orta təhsil alan Tural 2011-ci ildə Azərbaycan Dövlət Pedoqoji Universitetinin Tarix fakültəsinə qəbul olub.
Hərbi xidməti dövründə şanlı Aprel döyüşlərinin iştirakçısı olub. Xidməti başa vurduqdan sonra bir neçə il özəl tədris kurslarında müəllimlik edib. Müəllimlərin işə qəbulu müsabiqəsində uğur qazandıqdan sonra 2022-23-cü tədris ilinin əvvəlindən Quba rayonu Mehman Ağayev adına Yenikənd kənd tam orta məktəbində pedoqoji fəaliyyətə başlayıb.
Tural müəllim ata-baba yurdu Kəlbəcəri heç vaxt görməyib. Ən böyük arzusu Şuşanın, Kəlbəcərin məktəblərində dərs deməkdir.
Yenikənd kənd tam orta məktəbində hazırda 129 şagird təhsil alır. Təhsil ocağında dərs deyən müəllim kollektivi isə 19 nəfərdən ibarətdir.
DİGƏR XƏBƏRLƏR
![Valideynlər narkomaniyaya düçar olan övladını necə tanısın? – APA TV](https://apa.az/storage/apa-tv/news/2024/july/02/big/6684412821d6e6684412821d6f17199434646684412821d6b6684412821d6c.jpg)
Valideynlər narkomaniyaya düçar olan övladını necə tanısın? – APA TV
![Taksilərin sayı azaldı, minimum qiyməti isə 4.50 AZN oldu](https://apa.az/storage/apa-tv/news/2024/july/01/big/6682be55512976682be555129817198444376682be55512956682be5551296.jpg)
Taksilərin sayı azaldı, minimum qiyməti isə 4.50 AZN oldu
![Taksi fəaliyyətində istifadə olunacaq avtomobillərlə bağlı yeni qərar qüvvəyə mindi](https://apa.az/storage/apa-tv/news/2024/july/01/big/66823df42a73f66823df42a740171981157266823df42a73d66823df42a73e.jpg)
Taksi fəaliyyətində istifadə olunacaq avtomobillərlə bağlı yeni qərar qüvvəyə mindi
![Gəncədə ağır yol qəzası baş verib](https://apa.az/storage/apa-tv/news/2024/july/01/big/66823dae71e8766823dae71e88171981150266823dae71e8566823dae71e86.jpg)