Bakıdan İrəvanın planlarını alt-üst edən həmlə: Heç şansı qalmadı

# 19:53
12 mart 2022

Azərbaycanla İran arasında İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan MR arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu imzalandı. Yeni sənəd Azərbaycanın geostrateji müstəvidə yeni qələbəsi, tarixi əhəmiyyətə malik hadisə hesab edilir.

 

Memoranduma əsasən, Araz çayı üzərində iki avtomobil və iki dəmir yolu olmaqla, ümumilikdə dörd körpünün, eləcə də rabitə və enerji təminatı infrastrukturunun tikintisi nəzərdə tutulur. Həmin körpülər Ermənistanın dövlət sərhədinə 5 km məsafədə keçəcək.

 

Ermənistan ilyarım ərzində Zəngəzur dəhlizinin yaradılmasına maneçilik törətdi, müxtəlif bəhanələrlə, qəsdən onu əngəlləməyə çalışdı. Baxmayaraq ki, bu dəhlizin yaradılması iqtisadi cəhətdən ciddi problemlər yaşayan Ermənistanın özü üçün olduqca mühüm əhəmiyyət kəsb edirdi.

 

Ermənistan rəhbərliyi elə zənn edirdi ki, belə bir kommunikasiya yalnız onun ərazisindən və onun icazəsi ilə yaradıla bilər. Ermənistan bu amili Azərbaycana qarşı təsir vasitəsi kimi istifadə etməyi, özündən asılı vəziyyətdə saxlamağı planlamışdı.

 

Azərbaycan isə bu planı alt-üst etdi, öz planlarını reallaşdırdı. Ermənistan növbəti dəfə şansını itirərək mühüm geostrateji əhəmiyyətə malik layihədən kənarda qaldı.

 

İqtisadçı ekspert Pərviz Heydərov da düşünür ki, Azərbaycandan Naxçıvana salınacaq yeni kommunukasiya xəttləri İran-Azərbaycan əməkdaşlığına töhfə verəcək. Lakin bu layihə Ermənistan üçün çox ağır nəticələr doğuracaq.

Onun sözlərinə görə, Ermənistanın bölgədəki layihələrdən özünü təcrid etməsi, onların iqtisadi həm də siyasi siferada ciddi itkilər verəcəyinin başlanğıcı olacaq. İrandan salınacaq yeni yollar vasitəsilə Ermənistanın bölgədə imtina olunmazlıq xulyaları süquta uğramış oldu.

İqtidaçı ekspert Natiq Cəfərli isə deyir ki, İrandan salınacaq yeni yollar Ermənistandan keçəcək dəhlizi gündəmdən salmır. Ermənistan Zəngəzur dəhlizi məsələsindən istifadə edib, Azərbaycana bəzi məsələlərdə təzyiq etmək istəyirdi. Lakin bu planları da digərləri kimi puça çıxdı.

 

Ekspertlərin fikrincə, indi bütün cəhdlərinin sabun köpüyü olduğunu aydın görən Ermənistan bir daha əsaslı şəkildə düşünməlidir: buna dəyərdimi?

Semral Cavad
APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR