Bakıdan “Kayrat” komandasını aparan təyyarə maşınla toqquşdu
Konfrans Liqasının qrup mərhələsinin III turunda “Qarabağ”la qarşılaşan “Kayrat” Bakıdan Qazaxıstana qayıdanda qəzaya uğrayıb.
APA TV-nin Qazaxıstan mətbuatına istinadən məlumatına görə, komandanı ölkəyə aparan hava gəmisi Almatı Hava Limanında avtomobillə toqquşub.
Yerli vaxtla səhər saat 7 radələrində baş verən fövqəladə hadisə zamanı “Renault” markalı avtomobil “FlyJet” şirkətinə məxsus təyyarənin altında qalıb. Hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır və bununla bağlı istintaq başladılıb. Toqquşmadan sonra sərnişinlər təcili təxliyəni gözləyərək bir saatdan çox təyyarədə qalıblar. Ölən və yaralanan yoxdur.
Qeyd edək ki, dünən Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən “Qarabağ” – “Kayrat” matçı Azərbaycan təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib