Bakıdan kritik qərar: Ermənistan öz silahı ilə vuruldu

# 19:45
12 mart 2022

“Azərbaycanla İran arasında, qonşu ölkənin ərazisindən keçməklə Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumunun imzalanması tarixi hadisədir”.

Bunu APA TV-yə açıqlamasında, Milli Məclisin deputatı Cavid Osmanov deyib. Onun sözlərinə görə, sazişə əsasən Araz çayı üzərində tikilən körpülər vasitəsilə Zəngilan rayonu ilə Ordubad rayonu avtomobil, dəmir yolu, elektrik, qaz, rabitə xətləri ilə birləşdiriləcək.

Deputat düşünür ki, bu saziş Azərbaycan və İranın dövlət maraqlarına xidmət edən layihənin reallaşması üçün yeni mərhələnin başlanması deməkdir. Həmçinin sazişin imzalanması ilə Azərbaycan Ermənistanın yersiz və sabatsız siyasi hesablarını alt-üst etdi. Zəngəzur dəhlizindən Azərbaycana təzyiq aləti kimi istifadə etməyi planlaşdıran Ermənistan sonda özü təzyiq altında düşdü. İndi artıq Ermənistan Azərbaycan ilə Şimali Zəngəzur dəhlizinin açılmasını yeni şərtlər və şəraitdə müzakirə etməli olacaq. Ya bu dəhliz də açılacaq, ya da özünütəcrid şəraitində yaşamağa davam edəcək:

Deputat onu da qeyd edib ki, paralel olaraq yeni imzalanmış müqaviləyə əsasən, rabitə və enerji xəttləri çəkiləcək.

Cavid Osmanov bildirib ki, bu saziş ilə əslində Azərbaycan Zəngəzur dəhlizini cənub istiqamətində genişləndirir.

Deputat Ermənistanın ilyarım ərzində Zəngəzur dəhlizinin yaradılmasına maneçilik törətdiyini, müxtəlif bəhanələrlə, qəsdən onu əngəlləməyə çalışdığını vurğulayıb:

Deputat onu da qeyd edib ki, Rusiya ilə Ukrayna arasında hərbi əməliyyatların getdiyi və Rusiyaya qarşı ciddi sanksiyaların tətbiq edildiyi, bununla bağlı Şərq-Qərb nəqliyyat-tranzit dəhlizlərinin Rusiyadan keçən seqmeninin məhdudlaşdığı dövrdə İran ərazisindən keçəcək yeni kommumikasiya bağlantısı mühüm əhəmiyyətə və böyük perspektivə malikdir.

Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov da hesab edir ki, iki ölkə arasında imzalaan memorandum çox vacib sənəddir:

Ermənistanın mövqeyinə diqqqət çəkən Tofiq Zülfüqarov əlavə edib ki, ermənilər məcbur olaraq reallığa qayıdacaqlar.

“Artıq ermənilər də anlayacaq ki, Zəngəzur dəhlizi ilk növbədə onlara lazımdır. Çünki məhz bu dəhliz vasitəsi ilə Ermənistan üçün imkan yaranacaq ki, Rusiya bazarına çıxa bilsin. Bu baxımdan uzun müddətli spikuliasiyalara son qoyulacaq”.

 

Sevinc Vaqifqızı

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR