Bakıdaqadınlara əxlaqsız təklif edəntaksi sürücüləri saxlanıldı
Bakıda taksi sürücülərinə qarşı əməliyyatlar keçirilib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində cari ilin noyabr ayı ərzində müxtəlif taksi şirkətlərinin sürücüləri tərəfindən 31 hüquqpozma faktı qeydə alınıb.
Onlardan biri narkotik vasitələrin qanunsuz dövriyyəsi, biri oğurluq cinayəti, 29-u isə qadın sərnişinlərə qarşı qeyri-etik təkliflərlə bağlı olub.
Törədilən və texniki vasitələrlə qeydə alınan hüquqozma halları ilə bağlı 29 sürücü inzibati məsuliyyətə, 2 sürücü isə cinayət məsuliyyətinə cəlb edilib.
Digər faktlar üzrə hazırda araşdırmalar davam etdirilir.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu