Bakını bir-birinə qatan tələbə xəstəxanaya yerləşdirildi

# 12:31
10 aprel 2023

Dünən Bakının mərkəzi yollarında “Volkswagen Touareg” markalı avtomobili arxa-arxaya sürərək yol hərəkəti qaydalarını kobudcasına pozan 20 yaşlı Rauf Cabbarbəyli xəstəxanaya yerləşdirilib. Saxlanıldıqdan sonra Nərimanov RPİ-nin 18-ci Polis Bölməsinə təhvil verilən Raufun psixoloji problemlərinin olması müəyyən edilib. Onun həkim nəzarətində saxlanılmasına qərar verilib. Baş Dövlət Yol Polisi İdarəsindən məlumatı “Qafqazinfo”ya təsdiq ediblər. O da məlum olub ki, orta məktəbi yüksək nəticələrlə bitirən Rauf Cabbarbəyli Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Kimya Mühəndisliyi fakültəsinin tələbəsidir. Qeyd edək ki, Rauf Cabbarbəylinin dünən Azadlıq meydanı yaxınlığında çılpaq soyunaraq sükan arxasında əyləşib və oradan başlayaraq avtomobili arxa-arxaya sürüb. R.Cabbarbəylinin hadisə vaxtı narkotik vasitənin təsiri altında olması güman edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR